Cim Kerri 34 yaşlı sevgilisi ilə gizli nikaha daxil olubbackend

Cim Kerri 34 yaşlı sevgilisi ilə gizli nikaha daxil olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı məşhur aktyor Cim Kerri 34 yaşlı rəssam Min Ha ilə gizli şəkildə ailə qurub.

Editor.az xəbər verir ki, bu barədə People jurnalı aktyorun nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, cütlüyün toy mərasimi Fransada keçirilən “Sezar” mükafatlandırma mərasimindən təxminən yeddi ay sonra baş tutub. Həmin tədbirdə 64 yaşlı Cim Kerri çıxışı zamanı Min Haya fransız dilində “həyat yoldaşım” mənasını verən ifadə ilə müraciət edib.

Cim Kerri və Min Hanın bir neçə ildir münasibətdə olduğu bildirilir. Onlar ilk dəfə 2022-ci ildə Los-Ancelesdə keçirilən xeyriyyə məqsədli komediya tədbirində birlikdə görüntüləniblər.

Bu, aktyorun üçüncü evliliyidir. Kerri ilk dəfə Melissa Uomer ilə ailə həyatı qurub və onların nikahı 1995-ci ildə sona çatıb. Bir il sonra aktyor həmkarı Loren Holli ilə evlənib. Lakin bu münasibət cəmi 10 ay davam edib.

Aktyorun Melissa Uomerdən 39 yaşlı Ceyn Erin adlı qızı da var. Ceyn Erin atasının yolunu davam etdirərək şou-biznes sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, Cim Kerri 2026-cı ilin martında Parisdə keçirilən “Sezar” mükafatlandırma mərasimində iştirak edib. Tədbirdən sonra aktyorun xarici görünüşü və davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub.

//Gülnarə Abasova, Editor.az