Dağıstan Vəkillər Palatasının prezidenti və Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti Akif Bəybutov vəfat edib.
Editor.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Vəkillər Palatasının Teleqram kanalında məlumat verilib.
Akif Bəybutov uzun illər Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olub və hüquq sahəsində rəhbər vəzifələrdə çalışıb. O, 2011-ci ilin dekabrında Dağıstan Vəkillər Palatasının vitse-prezidenti vəzifəsində işləyib. 2014-cü ilin noyabrında isə qurumun prezidenti seçilib.
2022-ci ildən etibarən Bəybutov Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Akif Bəybutov 1966-cı ildə Azərbaycanın Qusar şəhərində anadan olub. O, peşəkar fəaliyyəti ilə Rusiyanın vəkillik sistemində yüksək vəzifələr tutan hüquqşünaslardan biri kimi tanınıb.

