Avropa İttifaqında doğum səviyyəsi tarixi minimuma enibbackend

Avropa İttifaqında doğum səviyyəsi tarixi minimuma enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqında (Aİ) doğum səviyyəsi 2024-cü ildə tarixi minimuma enib. Avrostatın məlumatına görə, ümumi doğum əmsalı hər qadına 1,34 uşaq təşkil edib. Bu, 2001-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

Statistik göstəricilərə əsasən, İspaniyanın 16 regionunda hər qadına düşən uşaq sayı 1-dən aşağı olub. Polşanın yeddi, İtaliyanın beş, Yunanıstanın üç, Almaniya və Litvanın isə hər birinin iki regionunda da oxşar vəziyyət qeydə alınıb.

Aİ ölkələri arasında nisbətən yüksək doğum göstəricisi Bolqarıstanda qeydə alınıb. Burada hər qadına 1,72 uşaq düşür. Fransa isə 1,61 göstərici ilə növbəti yerdə qərarlaşıb.

Bununla belə, Avropa İttifaqının heç bir ölkəsində doğum səviyyəsi əhalinin sadə təkrar istehsalını təmin etmək üçün zəruri hesab olunan 2,1 həddinə çatmayıb.

Avrostat valideynlərin etnik mənsubiyyəti və ya miqrasiya statusu üzrə ayrıca məlumat təqdim etmir.

Məqalədə, həmçinin Ukraynada doğum səviyyəsinin azalmasına diqqət çəkilir. Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun demoqrafik modelləşdirmə və proqnozlaşdırma şöbəsinin müdiri Dmitri Şuşpanovun oktyabrın 24-də açıqladığı məlumata görə, ölkədə son altı ay ərzində təxminən 73 min uşaq dünyaya gəlib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır. Ekspert bildirib ki, son illərdə Ukraynada doğum səviyyəsinin bu sürətlə azalması müşahidə edilməyib.

//Gülnarə Abasova, Editor.az