Moskva istiqamətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücum cəhdləri davam edir.
Editor.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva istiqamətində uçan Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd PUA hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulub.
Moskva meri Sergey Sobyanin bu barədə Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, gün ərzində paytaxt ətrafında ümumilikdə 10 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
PUA qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətinin əməkdaşları fəaliyyət göstərirlər.
Dron təhlükəsi ilə əlaqədar Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib. Hava limanları reysləri yalnız müvafiq qurumlarla razılaşdırıldıqdan sonra qəbul edir və yola salır.
//Mahir Aĝa, Editor.az

