Həkim diş minasına ən çox zərər verən içkilərin adlarını açıqlayıbbackend

Həkim diş minasına ən çox zərər verən içkilərin adlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Enerji içkiləri, şəkərli qazlı içkilər, limonlu su, idman içkiləri və spirtli içkilər diş minasına ən çox zərər verən içkilər sırasındadır.

Bu barədə stomatoloq, ortodont-implantoloq, professor Aram Davidyan açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, enerji içkilərinin dişlər üçün əsas təhlükəsi onların tərkibindəki kofein deyil, turşulardır. Bu maddələr diş minasının səthinə təsir göstərərək onun strukturunu zədələyə bilər. İçkinin şəkərsiz olması da riski aradan qaldırmır: tərkibində şəkər olmasa belə, yüksək turşuluq diş minasına zərər verə bilər.

Həkim şəkərli qazlı içkilərin, xüsusilə kolanın və müxtəlif limonadların da təhlükəli olduğunu vurğulayıb. Belə içkilərdəki turşular diş minasına birbaşa təsir edir, şəkər isə kariyesin yaranmasında iştirak edən bakteriyalar üçün əlverişli mühit yaradır.

Mütəxəssis meyvə şirələrinin də tam təhlükəsiz hesab edilməməli olduğunu bildirib. Portağal, qreypfrut, alma və ananas şirələrinin tərkibindəki üzvi turşular diş toxumalarına təsir göstərə bilər. Təbii, təzə sıxılmış şirələr də turşuluq baxımından risk daşıyır. Buna görə hər səhər böyük bir stəkan turş meyvə şirəsi içmək, xüsusilə diş həssaslığı olan şəxslər üçün diqqət tələb edir.

Həkimin sözlərinə görə, gün ərzində limonlu suyu kiçik qurtumlarla uzun müddət içmək də diş minasının turşularla təkrar-təkrar təmasda olmasına səbəb olur. İdman zamanı maye və elektrolit itkisini bərpa etmək üçün istifadə edilən izotonik içkilərin bəzilərində də yüksək miqdarda turşular ola bilər.

Spirtli içkilər, xüsusilə şərab və müxtəlif kokteyllər də riskli içkilər sırasındadır. Şərabın təbii turşuluğu, kokteyllərin isə tərkibindəki meyvə şirələri, siroplar və qazlı içkilər diş minasına mənfi təsir göstərə bilər.

Stomatoloq qeyd edib ki, dişlər üçün risk yalnız içkinin tərkibindən deyil, onun nə qədər tez-tez qəbul edilməsindən də asılıdır. Turşulu içkilərin gün ərzində davamlı istehlakı diş minasının zədələnmə ehtimalını artıra bilər.

//Gülnarə Abasova, Editor.az