Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Baku TV-nin məlumatına görə, gecə saatlarında qadının qızı anasına zəng edib. Anası telefona cavab vermədikdə onun evdə qətlə yetirildiyi məlum olub.

Qonşuların sözlərinə görə, Xəyalə Ağamalıyevanın qızı bu il universitetə qəbul olub. Mərhum isə mənzildə tək yaşayırmış.
Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Naqil Ağamalıyevin qadının əmisi nəvəsi olduğu bildirilir.

Siyəzəndə xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın meyitinin aşkar olunması barədə məlumat daxil olub:
“Siyəzən Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlər əsasında cinayətin üstü açılıb.
Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı – 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub”.
Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyeva evində qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Naqil Səmədağa oğlu Ağamalıyev saxlanılıb.
Araşdırmalarla məlum olub ki, hadisə pul mübahisəsinə görə olub. Belə ki, mərhum X.Ağamalıyeva rayon ərazisində sələmə pul verməklə məşğul olub və qohumu N.Ağamalıyev də ondan sələmə pul götürüb.
İki ay sələm verən N.Ağamalıyev 3-cü ay aldığı pulun faizini verə bilməyib və Xəyalə də ondan pulu tələb edib, söyüb. Naqillə Xəyalə arasında söyüşə görə mübahisə baş verib və o, qohumunu qətlə yetirib.

