Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib.
Editor.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, məktəbin 7-ci sinfində təhsil alan qız şagird pəncərədən yıxılıb.
Hadisə nəticəsində azyaşlı həyatını itirib.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə əlavə məlumat verilməyib.

