İsrailin Baş naziri Benyamin Netanyahu tərəfdarlarını seçki məntəqələrinə gələrək səs verməyə çağırıb.
Editor.az xəbər verir ki, Netanyahu solçu seçicilərin fəallığının artdığını, sağçı seçicilərin isə passiv qaldığını bildirib. O, seçki məntəqələrində mümkün pozuntularla bağlı da açıqlamalar verib.
“The Times of Israel” qəzetinin məlumatına görə, müxalif “Yaşar” partiyasının nümayəndələri Netanyahunun bəyanatlarını panika əlaməti kimi qiymətləndirərək, onun seçki nəticələrinə etiraz etmək üçün zəmin hazırladığını iddia ediblər.
Saat 15:00-a olan məlumata görə, seçici fəallığı 44,9 faiz təşkil edib. Seçkilərdə 36 partiya iştirak edir. Hökumətin formalaşdırılması üçün Knessetdə 120 yerdən ən azı 61 mandat qazanmaq tələb olunur.
Seçkiqabağı sorğular “Likud” partiyası və onun müttəfiqlərinin təxminən 50 mandat əldə edə biləcəyini göstərib.

