Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsibackend

Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzi fərdi sahibkar Qurbanov Emin Eyvaz oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Editor.az  xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, müqavilədə icarə xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 14 496 manatdır.

Emin Qurbanov deputat Eyvaz Qurbanovun oğludur. Eyvaz Qurbanov parlamentdə 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsini təmsil edir. O, 2011-2024-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.