Həştərxan Qaz Emalı Zavodunda (AGPZ) vurulan dronların qalıqları düşdükdən sonra yanğın baş verib.
Editor.az xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Babuşkin bildirib. “Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın bir neçə saat ərzində söndürüləcək”, -Babuşkin Telegram-da yazıb. O, əlavə edib ki, Həştərxanda hava çirkliliyi təhlükəsi yoxdur. Hücum nəticəsində xəsarət alan olmayıb.
AGPZ (Qazprom Pererabotka şirkətinin törəmə müəssisəsi) Krasnoyarsk diyarında yerləşən Rusiyanın ən böyük kükürd istehsalçısıdır. Zavod Həştərxan yatağından qaz emal edir və həmçinin K5 benzini, dizel yanacağı və mayeləşdirilmiş neft qazları istehsal edir.
//Samir Qurbanov, Editor.az


