Slovakiya hökuməti təhlükəsizlik səbəbilə Ukrayna ilə bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Slovakiyanın Maliyyə İdarəsinin rəsmi açıqlamasında bildirilib.
Məlumata görə, keçid məntəqələrinin fəaliyyəti bu gün yerli vaxtla saat 15:00-da dayandırılıb.
Qurum vətəndaşlara aktual məlumatları izləməyi və polis ilə aidiyyəti qurumların göstərişlərinə əməl etməyi məsləhət görüb.
“İctimaiyyətə vəziyyətlə bağlı yenilənmiş məlumatları izləməyi və idarənin, həmçinin polisin təlimatlarını dinləməyi tövsiyə edirik. Hadisələrin sonrakı inkişafı barədə məlumat verəcəyik”, – deyə açıqlamada vurğulanıb.


