Erkin Rəhimova TƏBİB-də yüksək vəzifə verildi – FOTObackend

Erkin Rəhimova TƏBİB-də yüksək vəzifə verildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Xəyyam oğlu Rəhimov təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Erkin Rəhimova TƏBİB-də yüksək vəzifə verildi - FOTO

Bildirilib ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə təhsilini tamamlayıb.

2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.

2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin İdarə Heyətinin, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.