Almaniya naziri Boris Pistoriusun sözlərinə görə, Ukraynadakı müharibədə dönüş nöqtəsinə çatmaq əlamətləri görünür. “İnanıram ki, ukraynalılar həqiqətən də üstünlüyə malikdirlər.
Rusiya həm iqtisadi, həm daxili, həm də döyüş meydanında zəiflik dövrü yaşayır”, – deyə Pistorius bildirib və əlavə edib: “Ukraynalılar əhəmiyyətli irəliləyişlər əldə edirlər. Arxa cəbhədə Rusiya hərbi infrastrukturuna zərbələr getdikcə daha dəqiq və effektiv olur.”
“Welt”nəşri qeyd edir ki, Pistoriusa Ukrayna komandanlıq məntəqələrində dronların kəşfiyyat və Rusiya silah sistemlərinə və əsgərlərinə qarşı mübarizə aparmaq üçün necə istifadə edildiyi göstərilib. O, həmçinin Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatlarının şahidi olub.
Jurnalistlər yazır ki, Ukrayna ötən illə müqayisədə öz imkanlarını xeyli yaxşılaşdırıb. Və nəşrin məlumatına görə, bu, Almaniya silahlı qüvvələrinə strateji tərəfdaşlıqlarının bir hissəsi kimi fayda verir. “Bu gün çoxları müharibənin həlledici mərhələsindən, ehtimal ki, Ukraynanın xeyrinə danışır”, – Pistorius qeyd edib.
//Samir Qurbanov, Editor.az


