Slovakiya nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib – FOTObackend

Slovakiya nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət edib.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.