DİN İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb – YENİLƏNİBbackend

DİN İmişlidə ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

***

00:44

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən İmişli şəhər sakini, 1967-ci il təvəllüdlü Yaqubov Sarvan Sarab oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən İmişli Rayon Xəstəxanasına aprılıb və orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.