Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
D qrupunda günün ən diqqətçəkən duellərindən biri ABŞ və Avstraliya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Həmin qrupun digər vacib görüşündə isə Türkiyə və Paraqvay milliləri üz-üzə gələcəklər. Azarkeşlərin maraqla gözlədiyi bu matça iyunun 20-də saat 07:00-da start veriləcək.
C qrupunun mübarizəsinə gəldikdə, iyunun 20-də gecə saat 02:00-da Şotlandiya və Mərakeş milliləri meydana çıxacaqlar, saat 04:30-da isə Braziliya və Haiti yığmalarının qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
D qrupu
19 iyun
23:00. ABŞ – Avstraliya
20 iyun
07:00. Türkiyə – Paraqvay
C qrupu
20 iyun
02:00. Şotlandiya – Mərakeş
04:30. Braziliya – Haiti
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.


