Həkim xəbərdarlıq etdi: bəzi qida əlavələri ürək üçün təhlükəli ola bilərbackend

Həkim xəbərdarlıq etdi: bəzi qida əlavələri ürək üçün təhlükəli ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi bioloji aktiv qida əlavələri ürək-damar sistemi üçün risk yarada bilər. Xüsusilə idman əlavələri, arıqlama vasitələri və yüksək dozada qəbul edilən omeqa-3 preparatları ehtiyatla istifadə olunmalıdır.

Editor.az-ın məlumatına görə, kardioloq Denis Sokolov bildirib ki, bəzi idman və enerji əlavələrinin tərkibində ürək döyüntüsünü sürətləndirə bilən stimullaşdırıcı maddələr ola bilər. Bitki mənşəli komponentlər isə müəyyən dərmanlarla qarşılıqlı təsirə girərək arzuolunmaz nəticələrə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, insanın qəbul etdiyi əlavənin üzərində “təbii” yazılması onun ürək üçün təhlükəsiz olduğu anlamına gəlmir. Bu səbəbdən xüsusilə ürək-damar problemi olan şəxslərin belə məhsullardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.

Kardioloq omeqa-3 əlavələrinə də diqqət çəkib. Bu maddələr qanın laxtalanmasına təsir göstərə bildiyindən, xüsusilə antikoaqulyant və ya antiaqreqant dərmanlar qəbul edən şəxslər ehtiyatlı olmalıdır. Yüksək dozada omeqa-3 həmin preparatların təsirini gücləndirərək qanaxma riskini artıra bilər.

Həkim həmçinin qeyd edib ki, idman zamanı enerji və dözümlülüyü artırmaq məqsədilə istifadə edilən bəzi əlavələrin qəbulu ürəkdöyünmə kimi əlamətlərə səbəb ola bilər. Belə hallarda istifadə edilən məhsulun tərkibi barədə həkimə məlumat vermək vacibdir.

Mütəxəssis istənilən qida əlavəsinə başlamazdan əvvəl, xüsusilə ürək-damar xəstəliyi olan insanların həkimlə məsləhətləşməsinin vacib olduğunu vurğulayıb.

//Gülnarə Abasova,Editor.az