Əliyevlə Pezeşkianın səmimi dialoqu: “Azərbaycan suyundan da için” – VİDEObackend

Əliyevlə Pezeşkianın səmimi dialoqu: “Azərbaycan suyundan da için” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bu gün Bişkekdə görüşüblər.

Editor.az xəbər verir ki, görüşdən əvvəl dövlət başçıları arasında səmimi dialoq baş tutub.

Söhbət zamanı İran prezidenti Gürcüstan istehsalı olan “Borjomi” suyunu içmək istəyib. Prezident İlham Əliyev isə Məsud Pezeşkiana Azərbaycan sularını təqdim edib və “Azərbaycan suyundan da için” deyə müraciət edib.

Dövlət başçısı masadakı “Badamlı” və “İstisu” brendlərinə diqqət çəkərək onların müvafiq olaraq Naxçıvan və Kəlbəcər suları olduğunu qeyd edib. Ardınca İlham Əliyev Kəlbəcərdən olan “İstisu”nu stəkanlara süzərək həmkarına təqdim edib.

Prezidentlər Azərbaycan suyunu içərək söhbətlərini səmimi şəraitdə davam etdiriblər: