Putin: Rusiya Ukraynada müharibənin başa çatdırılması istiqamətində irəliləyirbackend

Putin: Rusiya Ukraynada müharibənin başa çatdırılması istiqamətində irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada davam edən müharibənin başa çatdırılması istiqamətində hərəkət edir. Bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə bildirib.

31 avqustda Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşdə Modi müharibənin dayandırılmasının və məsələlərin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. O, tərəfləri “sonsuz müharibədən müharibənin başa çatmasına” keçməyə çağırıb.
Putin isə Modinin çağırışına cavab olaraq Rusiyanın artıq bu istiqamətdə irəlilədiyini bildirib.

“Çox sağ olun, hörmətli baş nazir. Biz də bu yolla irəliləyirik”, – Rusiya prezidenti deyib.
Putinin açıqlamasında müharibənin nə vaxt başa çatacağı ilə bağlı konkret tarix və ya atəşkəs barədə hər hansı öhdəlik səsləndirilməyib.

//Samir Qurbanov, Editor.az