Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VI Dünya Köçəri Oyunlarında Azərbaycan nümayəndə heyətinin keçidindən görüntülər paylaşıb.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycan heyətinə uğurlar arzulayıb:
“Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!”
Qeyd edək ki, VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 7-dək Qırğızıstanda keçirilir. Azərbaycan yarışda 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.

