Çin Finlandiyanı Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsinə imkan verməyəcəyi barədə əmin edib. Bunu Finlandiya Prezidenti Aleksandr Stubb açıqlayıb.
Stubb bildirib ki, bu məsələ ilə bağlı Çinin xarici işlər naziri Van İ ilə görüş zamanı müzakirə aparılıb və Pekin Rusiyanın nüvə silahından istifadəsinə yol verilməyəcəyini bəyan edib.
Finlandiya Prezidenti həmçinin Rusiyanın Ukraynaya qarşı nüvə zərbəsi endirəcəyinə inanmadığını bildirib. Onun sözlərinə görə, hazırda Moskvanın NATO-ya qarşı hərbi əməliyyata başlamağa hazırlaşdığına dair də ciddi əsas yoxdur.
//Samir Qurbanov, Editor.az

