Yəmənin şimalını idarə edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatı Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı tərəfində hərbi əməliyyatlarda iştiraka hazırlaşmaq üçün ümumi səfərbərlik həyata keçirir.
Editor.az xəbər verir ki, bu barədə “Ənsar Allah” Siyasi Bürosunun üzvü Xuzam Əsəd məlumat verib. Husilər İslamın sağ məzhəblərindən biri olan Zeydi məzhəbinə etiqad edən bir qrup şiə müsəlmanlardır. 2015-ci ildə onlar Yəmənin paytaxtı Sənanın ələ keçirildiyini və İnqilab Şurasının yaradılmasını elan ediblər. Husilərin İrandan hərbi və maliyyə dəstəyi aldığı güman edilir.
“Bütün vilayətlərdə səfərbərlik başladılıb, təlim düşərgələri açılıb, Yəmənin müxtəlif əyalətlərində könüllü olaraq hərbi vərdişlər öyrənən bir neçə qrup artıq məzun olub”, – Xuzam Əsəd agentliyə bildirib. Yəmən husiləri İsraili Qəzza zolağının işğalında və Fələstin vətəndaşlarına qarşı zorakılıqda ittiham edir.
Bunun fonunda noyabrın 19-da husi qruplaşmasının nəzarətində olan Yəmən silahlı qüvvələri Qırmızı dənizdə istənilən İsrail gəmisinə hücum etmək niyyətində olduqlarını açıqlayıb.
Bunun ardınca “Galaxy Leader” və “Zodiac Maritime” gəmiləri ələ keçirilib. Dekabr ayında Qırmızı dənizdə üç Amerika ticarət gəmisi, Norveçin “Swan Atlantic” tankeri və İsveçrənin MSC konteyner daşıyıcısının “Palatium III” gəmisi hücuma məruz qalıb.
//Samir Qurbanov, Editor.az

