ABŞ-dən Zəngəzura doğru kritik həmlə – görüş keçirildibackend

ABŞ-dən Zəngəzura doğru kritik həmlə – görüş keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Zəngəzurun Gorus şəhərinə səfər edib.

Musavat.com xəbər verir ki, ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, müvəqqəti işlər vəkili Devid Allen Gorus şəhərində fəaliyyət göstərən ABŞ şirkəti ContourGlobal-ın ofisində olub.

Görüş zamanı Ermənistanın enerji təhlükəsizliyi, bu sahədə mümkün əməkdaşlıq istiqamətləri və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Ermənistanda fəaliyyət göstərən ən iri Amerika şirkətlərindən biri olan ContourGlobal ölkənin enerji sektorunda mühüm rol oynayır və ABŞ-Ermənistan iqtisadi əlaqələrinin inkişafına töhfə verir.