İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Maskata səfər çərçivəsində İran-Oman Birgə Hürmüz Komitəsinin ilk iclası baş tutub və toplantıda Hürmüz boğazı ilə bağlı əsas məsələlər ətraflı nəzərdən keçirilib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin İslamabad Anlaşma Memorandumunun 5-ci maddəsi və sahilyanı dövlətlərin hüquqları çərçivəsində Hürmüz boğazının gələcək idarəetmə mexanizmləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Hürmüz boğazı dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunur. Son aylarda İran və Oman boğazda gəmiçiliyin idarə olunmasına dair yeni əməkdaşlıq mexanizmi üzərində danışıqlar aparırdı. Birgə Komitənin ilk iclası bu istiqamətdə praktiki addım kimi qiymətləndirilir.
//Gülnarə Abasova, Editor.az

