Belarus xarici işlər nazirinin müavini İqor Sekreta bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri ölkə sərhədini keçəcəyi təqdirdə Minsk bütün hərbi potensialını işə salaraq cavab verəcək.
Onun sözlərinə görə, Belarus üçün əsas “qırmızı xətt” dövlət sərhədinin pozulmasıdır. Sekreta bildirib ki, belə bir vəziyyət yaranarsa, ölkə bütün imkanlarından istifadə etməklə cavab tədbirləri görəcək.
Eyni zamanda, nazir müavini hazırda Belarus-Ukrayna sərhədində qaçılmaz hücuma işarə edən hər hansı aktiv hazırlığın müşahidə olunmadığını da vurğulayıb.
//Samir Qurbanov, Editor.az

