Putinin çıxışından sonra rus qadının paylaşımı heyrətləndirdi – VİDEObackend

Putinin çıxışından sonra rus qadının paylaşımı heyrətləndirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yanacaq qıtlığı davam edərkən sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, iki qadın yanacaqdoldurma məntəqəsində 30 litr benzin ala bildikdən sonra sevincini kameraya çəkərək paylaşıb.

Görüntülər ölkədə yanacaq çatışmazlığının nə qədər ciddi həddə çatdığını göstərən nümunələrdən biri kimi qiymətləndirilir.

Bu arada Rusiya Prezidenti Vladimir Putin də ölkədə benzin qıtlığı və yanacaqdoldurma məntəqələrində yaranan növbələrin mövcudluğunu etiraf edib.

Onun sözlərinə görə, Rusiyanın ən iri neft emalı zavodları hazırda güclərinin son həddində işləyir və ölkə yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb.

Buna baxmayaraq, o, benzin ehtiyatlarının ötən ilin eyni dövrünə yaxın səviyyədə olduğunu bildirib.

Putin qeyd edib ki, həm sürücülər, həm də biznes üçün problemlər hələ də qalır.

Prezident vəziyyəti sabitləşdirmək üçün dizel yanacağının ixracına tam qadağa qoyulması variantının da nəzərdən keçirildiyini açıqlayıb.