Almaniya Prezidenti Frank-Valter Ştaynmayer BMT-ni müasir dövrün çağırışlarına uyğun islahatlar aparmağa çağırıb.
Editor.az xəbər verir ki, o bildirib ki, təşkilat dəyişməzsə, beynəlxalq nüfuzunu və təsir imkanlarını itirmək riski ilə üzləşəcək.
Ştaynmayerin sözlərinə görə, BMT-nin mövcud strukturu bugünkü geosiyasi reallığı tam əks etdirmir. O vurğulayıb ki, dünyanın siyasi və iqtisadi güc balansı dəyişdiyi halda, təşkilatın idarəetmə mexanizmləri uzun illərdir eyni qalıb.
Almaniya prezidenti hesab edir ki, BMT xüsusilə qərarların qəbulunda daha çevik və effektiv fəaliyyət göstərməlidir. Onun fikrincə, təşkilat qlobal problemlərin həllində əsas platforma olaraq qalmaq istəyirsə, özünü yeniləməli və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğunlaşmalıdır.
Ştaynmayer əlavə edib ki, islahatların aparılması BMT-nin legitimliyini və etimadını gücləndirəcək, əks halda təşkilatın qlobal proseslərdə rolu getdikcə zəifləyə bilər.
//Gülnarə Abasova, Editor.az

