Hindistan köhnə T-72 tanklarını pilotsuz döyüş maşınlarına çevirirbackend

Hindistan köhnə T-72 tanklarını pilotsuz döyüş maşınlarına çevirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan dünyanın ən böyük tank parklarından birinə malikdir. Ölkənin arsenalında 3,7 mindən çox tank var ki, onların təxminən 2,4 mini 1979-cu ildə silahlanmaya qəbul edilmiş köhnə T-72M1 tanklarıdır.

Məlumata görə, Dehli bu tankların əhəmiyyətli hissəsini pilotsuz idarəetmə sistemi ilə modernləşdirməyi planlaşdırır.

Ekspertlər hesab edirlər ki, belə texnologiya uğurla tətbiq olunarsa, gələcəkdə pilotsuz zirehli texnikanın döyüş meydanında istifadəsi genişlənə bilər və bu da Ukraynadakı müharibədən əldə olunan təcrübə fonunda yeni çağırışlar yarada bilər.

//Samir Qurbanov, Editor.az