Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5.6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Seysmik hadisənin episentri 7 kilometr dərinlikdə olub.
Məlumata görə, yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və itki barədə məlumat verilməyib.


