Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdəbackend

Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev RİA Novosti agentliyinə bildirib ki, ölkə vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-a ekstradisiya olunmaq riskini unutmamalıdırlar.

Qriqori Lukyantsev: " Rusiyanın Avropa Şurasına..."

Musavat.com-un xəbərinə görə, Lukyantsev qeyd edib ki, təkcə Avropa İttifaqında deyil, həm də daha geniş kontekstdə bir çox dövlətlərin ekstradisiya və ekstradisiya ilə bağlı müəyyən öhdəlikləri var.
Diplomat vurğulayıb ki, Rusiya vətəndaşlarının hara gedə biləcəyi və hara gedə bilməyəcəyi ilə bağlı Xarici İşlər Nazirliyi qərar vermir. Nazirlik yalnız vətəndaşların Amerika və ya Avropa hakimiyyəti ilə problemləri ola biləcəyinə inandıqları təqdirdə müəyyən ölkələrə səfər etməməyi məsləhət görə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumatlara görə, ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir.

Maraqlıdır ki, Rusiya siyahıya region dövlətlərindən yalnız Ermənistanı daxil edib. Bunun da İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulması ilə əlaqələndirmək olar. Bundan əlavə, iki ölkə arasında artan gərginlik fonunda bu çağırışın edilməsi də təəccüb doğurmur. Rusiya rəsmiləri və Duma üzvləri Paşinyan hakimiyyətini Ukrayna liderinin İrəvandan Moskvanı hədələməsinə görə günahlandırırlar. Moskva hesab edir ki, Zelenskiyə bu şərait yaradılmamalı idi.

Avropa Siyasi Birliyinin İrəvandakı Sammiti başlayıb » SenzoR.az

Hətta bəzi rusiyalı siyasətçilər Ermənistanı “ikinci Ukrayna” olmaqla təhdid edir. Bu sırada rusiyalı deputatlardan – Çepa, Vodolatski və başqaları fəaldırlar. Hətta Kommunist Partiyasının lideri Züqanov Kreml başçısına müraciət edib ki, Paşinyan Moskvaya bir daha buraxılmasın. Rusiya prezidenti isə 9 May paradında Ermənistana çağırış edərək referendum keçirmək təklifi irəli sürüb. Kreml lideri Putinin fikrincə, ermənilər seçim etməlidir – ya Avropa Birliyi, ya da Avrasiya İqtisadi Birliyi. Bu kontekstdə Rusiya XİN Ermənistanı siyahıya salmaqla münasibətlərdə gərginliyə əlavə tünd rəng qatmış olub. Görünən odur ki, 7 iyun parlament seçkilərinə qədər Rusiyadan Ermənistan hakimiyyətinə siyasi-iqtisadi və psixoloji basqılar artacaq, hibrid savaş güclənəcək.

Xatırladaq ki, gərginliyin artmasına səbəb seçkilər ərəfəsində Avropa Siyasi Birliyinin Ermənistanda sammitinin keçirilməsi, orada Ukrayna və Fransa prezidentlərinin anti-Rusiya bəyanatları verməsi olub. Moskva keçmiş forpost ölkənin anti-Moskva poliqonuna çevrildiyini iddia edir. Hətta Rusiya rəsmiləri açıq mətnlə bəyan edirlər ki, Ermənistan Ukrayna böhranına cəlb olunub və anti-Rusiya cəbhəsində yer alıb.