Ukraynanın Rusiya ərazisindəki mühüm obyektlərə hücumları davam edir.
ötən gecə Taqanroq dron hücumuna məruz qalıb: bir neçə obyektdə yanğın başlayıb.
Taqanroqda hücum hədəflərindən birinin yerli aerodrom olduğu bildirilir.
Eyni zamanda ötən gecə Tolyattidə Kuybışev Azot kimya zavodu hücumun hədəfi olub. Burada ammonyak, ammonium nitrat, karbamid, ammonium sulfat, kaprolaktam, poliamid və digər məhsullar istehsal olunur.
Bu, Rusiyanın azot sənayesində əsas strateji müəssisələrdən biridir. Zavoda artıq bu ilin mart ayında bir dəfə hücum edilib.
Musavat.com

