Sentyabrın 23-də Bakıda Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini M.Boqdanov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ətraflı söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında konfidensial fikir mübadiləsi aparılıb. Fələstin-İsrail münaqişəsi zonasında və Livanın cənubunda hərbi-siyasi vəziyyətin inkişafı vurğulanmaqla Yaxın Şərqə xüsusi diqqət yetirilib.
Bununla yanaşı Moskva və Bakının həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda sıx xarici siyasət koordinasiyasını davam etdirmək öhdəliyi təsdiqlənib.