Ukrayna Prezidenti Volodymyr Zelenskyy bəyan edib ki, əgər Belarus ərazisində Rusiyanın pilotsuz uçuş aparatlarının hücumlarını koordinasiya etmək üçün istifadə olunduğu iddia edilən retranslyatorların fəaliyyəti dayandırılmasa, Ukrayna bir həftə ərzində özü tədbir görəcək.
Zelenski mətbuat konfransında bildirib ki, bu sistemlər Ukrayna ərazisinə yönələn Rusiya dron hücumlarının koordinasiyasında rol oynayır.
Onun sözlərinə görə, rəsmi Minsk həmin obyektlərin fəaliyyətini dayandırmasa, Ukrayna onları legitim hərbi hədəf kimi qiymətləndirə bilər.
Bəyanat Belarus rəhbərliyi ilə Ukrayna arasında gərginliyin daha da artacağına dair növbəti siqnal kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az


