Həkim smartfondan həddindən artıq istifadənin sağlamlığa təsirlərini açıqlayıbbackend

Həkim smartfondan həddindən artıq istifadənin sağlamlığa təsirlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smartfondan uzun müddət və fasiləsiz istifadə insan orqanizminə ciddi mənfi təsirlər göstərə bilər.

Editor.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, Piroqov Universitetinin dosenti Yaroslav Qurin məlumat verib. Onun sözlərinə görə, insanların telefon ekranına baxarkən başlarını daim aşağı əyməsi boyun və onurğa sütununda müxtəlif problemlərin yaranmasına səbəb olur.

Mütəxəssis bildirib ki, başın irəli əyilmiş vəziyyətdə saxlanılması boyun əzələlərinin həddindən artıq gərginləşməsinə, döş qəfəsinin önə əyilməsinə və onurğanın biomekanikasının pozulmasına gətirib çıxarır. Nəticədə boynun təbii əyriliyi tədricən düzləşir, daha sonra isə skelet quruluşunda dəyişikliklər yarana bilər.

Qurin qeyd edib ki, davamlı olaraq eyni vəziyyətdə qalmaq əzələlərin həddindən artıq yüklənməsinə və qan dövranının zəifləməsinə səbəb olur. Bu isə zamanla ağrılar, hərəkət məhdudiyyəti və digər sağlamlıq problemləri yarada bilər.

Həkimin sözlərinə görə, bu cür fəsadların qarşısını almaq üçün telefonu göz səviyyəsində saxlamaq, bədən mövqeyini tez-tez dəyişmək və hər 30-40 dəqiqədən bir qısa fasilələr vermək tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az