Səudiyyə Ərəbistanına məxsus üç supertanker atəşkəs razılaşmasından sonra Hörmüz boğazından keçibbackend

Səudiyyə Ərəbistanına məxsus üç supertanker atəşkəs razılaşmasından sonra Hörmüz boğazından keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ABŞ arasında müvəqqəti atəşkəs razılaşmasının imzalanmasından sonra ilk dəfə olaraq Səudiyyə Ərəbistanı bayrağı altında üzən üç supertanker Hörmüz boğazından keçərək beynəlxalq dəniz daşımalarının bərpası istiqamətində mühüm addım atıb.

Editor.az xəbər verir ki, Reuters agentliyinin gəmi hərəkəti məlumatlarının təhlilinə əsaslanan xəbərinə görə, ümumilikdə 6 milyon barel xam neft daşıyan üç tanker İran və ABŞ arasında əldə olunan razılaşmadan bir neçə saat sonra strateji əhəmiyyətə malik Hörmüz boğazını keçib.

Agentlik qeyd edir ki, son həftələr ərzində Səudiyyə Ərəbistanının limanlarından həyata keçirilən neft daşımalarının sayı ən yüksək səviyyəyə çatıb. Bu isə bölgədə gərginliyin azalması fonunda enerji bazarlarında sabitliyin bərpa olunmasına dair gözləntiləri gücləndirib.

İyunun 18-də ABŞ və İran İslam Respublikası 60 günlük atəşkəsin elan edilməsini, Hörmüz boğazında gəmi hərəkətinin bərpa olunmasını, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti memorandum imzaladıqlarını açıqlayıblar.

Reuters-in məlumatına görə, sənəd iyunun 17-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb. Axios nəşri isə memorandumun məsafədən, elektron imza vasitəsilə rəsmiləşdirildiyini bildirib.

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazında gəmi hərəkətinin bərpası qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır. Dünyada dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsi məhz bu strateji su hövzəsindən keçir.

//Gülnarə Abasova, Editor.az