Efiopiyanın şimalındakı Tigray bölgəsində silahlı qarşıdurmanın genişlənməsi ilə bağlı narahatlıqlar artır.
Editor.az xəbər verir ki, Reuters bildirir ki, federal hökuməti dəstəkləyən silahlı qüvvələr Tigray bölgəsinin paytaxtına doğru irəliləyir. Son aylarda artan siyasi və hərbi gərginlik artıq açıq döyüşlərə çevrilib.
Beynəlxalq müşahidəçilər qarşıdurmanın yalnız Tigray daxilində qalmayaraq regionun digər hissələrinə də yayılmasından ehtiyat edirlər. Bu isə Efiopiyanın 2020–2022-ci illərdə yaşadığı ağır münaqişənin nəticələrinin yenidən ortaya çıxması riskini gündəmə gətirir.
//Samir Qurbanov, Editor.az

