İranda bir çox müəssisə bu səbəbdən möhürlənibbackend

İranda bir çox müəssisə bu səbəbdən möhürlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda hicabsız insanlara xidmət etdiyi üçün xəbərdarlıq edildiyi iddia edilən lakin buna məhəl qoymayaraq xidmət göstərməyə davam edən bir çox müəssisə möhürlənib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatında qeyd edilib.

Xəbərdə sözügedən iş yerlərinin hicab və iffət qaydalarını pozaraq xəbərdarlıqlara məhəl qoymadıqları üçün möhürləndiyi bildirilib. Müəssisələr arasında 3 aptek, digəriləri də kafe və restoranlar olub.

Şəhərin qərbində yerləşən onlarla müəssisənin, yüzlərlə insanın çalışdığı ticarət mərkəzinin tam möhürlənməsi isə diqqət çəkib. Möhürlənmiş kafe və restoranların əksəriyyətinin məşhur adlara məxsus olması insanların reaksiyasına səbəb olub.

//Safura Bənnayeva, Editor.az