İsrail BMT-yə xəbərdarlıq etdi: Qəzza zolağı 24 saat ərzində boşaldılmalıdır!backend

İsrail BMT-yə xəbərdarlıq etdi: Qəzza zolağı 24 saat ərzində boşaldılmalıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı bütün Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna təxliyyə edilməsi barədə BMT-ni xəbərdar edib.

Editor.az “The Times of Israel” qəzetinə istinadən bildirir ki, SAXAL şənbə günü HƏMAS-ın hücumuna cavab olaraq altı günlük hava bombardmanından sonra quru əməliyyatına başlaya bilər. “Bu, təqribən 1,1 milyon insan təşkil edir. Eyni əmr BMT-nin bütün əməkdaşlarına və məktəblər, sağlamlıq mərkəzləri və klinikalar da daxil olmaqla BMT agentliklərində yerləşən şəxslərə şamil edilib”, – BMT-nin bəyanatında deyilir.

BMT belə geniş miqyaslı hərəkəti “dağıdıcı humanitar nəticələr olmadan” qeyri-mümkün hesab edir. BMT “faciənin fəlakətli vəziyyətə çevrilməməsi” üçün əmri ləğv etməyi “tələb edir”. Bu arada İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin bu cür reaksiyasını tənqid edərək, bunu “ayıb” adlandırıb. “İsrailin Qəzza xalqına erkən xəbərdarlığına BMT-nin cavabı biabırçılıqdır! BMT illərdir HƏMA-ın silahlanmasına, Qəzza zolağında mülki şəxsləri və infrastrukturdan istifadə etməsinə göz yumub.

İndi isə onun yerinə vətəndaşları HƏMAS terrorçuları tərəfindən öldürülən və hələ də qeyri-döyüşçülərə zərəri minimuma endirməyə çalışan İsraili dəstəkləkmək əvəzinə, terrorçulara zərər verilməsini minimuma endirmyə çalışır”, – Erdan deyib. O, həmçinin əlavə edib ki, BMT indi məhbusların geri qaytarılmasına, HƏMAS-ın pislənməsinə və İsrailin özünümüdafiə hüququnun dəstəklənməsinə diqqət yetirsə, daha yaxşı olar.

//Samir Qurbanov, Editor.az