Keçmiş nazir YAP-ın tədbirinə yatmağa gedib?-FOTOLARbackend

Keçmiş nazir YAP-ın tədbirinə yatmağa gedib?-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər. Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Ancaq son dərəcə ciddi müzakirələrin aparıldığı və qərarların qəbul olunduğu toplantıda keçmiş təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanovun davranışları xüsusi diqqət çəkib. Partiyanın yaydığı ayrı-ayrı şəxslərin çıxışları zamanı çəkilən fotolardan aydın görünür ki, Misir Mərdanov bu mühüm tədbirdə demək olar ki, yatmaqla “iştirak edib”.

Editor.az həmin fotoları təqdim edir:

: