ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda hərtərəfli strateji tərəfdaşlıq xartiyasını imzalayıblar.
Mərasimdə elan edilib ki, “Ermənistan və ABŞ vacib mineralların və nadir torpaq metallarının çıxarılması və emalı üzrə çərçivə memorandumu imzalayırlar”.
Bundan əlavə, tərəflər nadir torpaq minerallarının tədarükü, çıxarılması və emalı üzrə müqavilələr, eləcə də Trampın Beynəlxalq Rifah Təşəbbüsü (TRIPP) layihəsi çərçivəsində strateji əməkdaşlıq üzrə çərçivə müqaviləsi imzalayıblar.
Qeyd edək ki, Marko Rubio bu gün günortadan sonra İrəvana gəlib. Onu hava limanında Ermənistanın xarici işlər naziri qarşılayıb. ABŞ dövlət katibi qısamüddətli səfərlə Hindistandan gəlib. Onun Mirzoyanla görüşü Zvartnots hava limanının prezident salonunda keçirilib.
//Samir Qurbanov, Editor.az


