Avropa yanır: 7 nəfər istidən ölübbackend

Avropa yanır: 7 nəfər istidən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Avropanın böyük bir hissəsini bürüyən həddindən artıq isti hava dalğası nəticəsində Fransada yeddi nəfər ölüb.

Editor.az xəbər verir ki, The Guardian” qəzetinin 26 may tarixli sayında verdiyi məlumata görə, ölkə üzrə təxminən 350 şəhər və qəsəbədə may ayında rekord səviyyədə ən yüksək temperatur qeydə alınıb. Bazar ertəsi günü ölkənin Milli Meteorologiya Agentliyi maksimum temperaturun 37,1°C-yə çatdığını bildirib. Çərşənbə axşamı agentlik Fransanın qərbindəki səkkiz departamenti üçün narıncı xəbərdarlıq elan edib.
Media xəbərlərində həmçinin Birləşmiş Krallığın milli temperatur rekordu qırdığı bildirilir. Bazar ertəsi ölkədə may ayının ən isti günü olub və temperatur 34,8°C-yə çatıb. İspaniyada sinoptiklər cümə gününə qədər bir neçə bölgədə temperaturun 40°C-yə çatacağını proqnozlaşdırırlar.

İtaliyanın Lazio bölgəsində hakimiyyət orqanları, xüsusən də fermalarda, tikinti sahələrində və çatdırılma sektorunda uzun müddət günəş işığına məruz qalma şəraitində işləməyə saat 12:30-dan 16:00-dək məhdudiyyətlər tətbiq edib. İqlimoloq Kristof Kassu “Le Monde” qəzetinə verdiyi açıqlamada bildirib ki, “Biz misli görünməmiş bir minillik hadisəsindən danışırıq. Onun ehtimalı ilin bu vaxtında təxminən 1000-də 1-dir. Bu, 1979-cu ildən 2025-ci ilə qədərki iqlimlə müqayisədədir”.
İqlim modelləri göstərir ki, iqlim dəyişikliyi səbəbindən iyun ayında Avropada istilik dalğalarının ehtimalı sənayeləşmədən əvvəlki dövrlərə nisbətən təxminən 10 dəfə yüksəkdir.

//Samir Qurbanov, Ediyor.az