TRIPP layihəsinin mətni razılaşdırılıb və tezliklə imzalanacaq – Ermənistanın baş naziri Nikol Paşinyanbackend

TRIPP layihəsinin mətni razılaşdırılıb və tezliklə imzalanacaq – Ermənistanın baş naziri Nikol Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Tramp Marşrutu Layihəsinin (TRIPP) yaxın gələcəkdə rəsmi olaraq imzalanacağını açıqlayıb.

İrəvan və Vaşinqton çərçivə sazişi imzalamağa hazırlaşırlar. “TRIPP layihəsi reallığa çevrilir. Mətn razılaşdırılıb və tezliklə baş tutacaq yekun imzalanmaya hazırdır.” – Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, nəqliyyat dəhlizi ilə bağlı saziş İrəvan üçün yeni bir mərhələ olacaq: ölkə “blokada dövləti” olmaqdan çıxacaq və dünyanın qovşağına çevriləcək.
Qeyd edək ki, “Tramp Marşrutu” sazişinin mətni ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı paraflanıb.

//Samir Qurbanov, Editor.az