Rusiyalı qadın 17 kq narkotik maddə ilə saxlanıldıbackend

Rusiyalı qadın 17 kq narkotik maddə ilə saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İvanovo vilayətinin sakini Dubay hava limanında saxlanılıb. Anası bildirib ki, çamadanı açılanda içərisində 17 kq narkotik olan bağlamalar aşkar edilib.

Agentliyin mənbəyinin sözlərinə görə, qadın britaniyalı tanışı ilə səyahət edirmiş. Biletlərin satışı və qeydiyyat prosesini sonuncu idarə edib. Qadın anasına kişinin baqajını onun adına qeydiyyatdan keçirdiyini deyib. Banqkok hava limanında qadının yoldaşı dostu ilə görüşüb. Orada onlar çamadanları dəyişdiriblər və sonra təyyarəyə miniblər. Dubaya çatdıqdan sonra turistlərdən çamadanlarını açmaları istənilib.

Hava limanının əməkdaşları əvvəlcə hər üçünü saxlayıblar, lakin qadağan olunmuş maddələrin olduğu baqaj rus qadının adına qeydiyyatdan keçirildiyindən, yalnız o, həbsdə saxlanılıb.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, Dubaydakı Rusiyanın Baş Konsulluğu rus qadınla əlaqə saxlayır. Ona lazımi konsulluq dəstəyi və hüquqi məsləhət verilir.

//Samir Qurbanov, Editor.az