Avropanın bir sıra ölkələrində may ayı üçün rekord səviyyədə yüksək temperatur müşahidə olunub. Meteoroloqlar anomal istilərin yaxın günlərdə də davam edəcəyini bildirirlər.
Editor.az xəbər verir ki, məlumata görə, İrlandiyanın Karlou şəhərində havanın temperaturu +29,7°C-yə çatıb. Bu göstərici ölkədə meteoroloji müşahidələr tarixində may ayı üzrə ən yüksək temperatur hesab olunur. Yerli xidmətlər sağlamlıq və yanğın riski səbəbindən sarı təhlükə xəbərdarlığı elan ediblər.
Belçikada isə son 40 ildən çox müddətdə ilk dəfə olaraq temperatur +29,8°C-yə yüksəlib. Əvvəlki rekord 1985-ci ildə qeydə alınmış +29,1°C idi.
Londonda havanın temperaturu +35°C-yə çataraq 1922-ci ildən bəri may ayı üzrə qeydə alınmış maksimum göstəricini geridə qoyub. Bundan əvvəlki rekord +32,8°C təşkil edirdi.
Eyni zamanda, Fransada da kəskin istilər hökm sürür. Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə ölkənin bəzi bölgələrində temperaturun +39°C-yə qədər yüksələcəyi gözlənilir.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişiklikləri və atmosfer prosesləri Avropada bu yay daha ağır istilik dalğalarına səbəb ola bilər.
//Gülnarə Abasova, Editor.az


