İranda qarışıq döyüş sənətləri (MMA) üzrə keçmiş çempion Qulamrza Hani Şəkərab edam edilib.
İranın “Tasnim” xəbər agentliyi Telegram kanalında bildirib ki, o, casusluqda və İsrail kəşfiyyat xidməti Mossadla əməkdaşlıqda günahkar bilinib.
Hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. 34 yaşlı Qulamrza Hani Şəkərab keçmiş MMA çempionu, məşqçi və beynəlxalq hakimdir. Həbs olunmazdan əvvəl o, Türkiyədə yaşayıb və 2025-ci ildə İraqa səfəri zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ötən ilin avqust ayında İran casusluqda və İsrail kəşfiyyat xidməti Mossadla əməkdaşlıqda ittiham olunan İran vətəndaşı Rozbeh Vadini edam edilmişdi. O, dövlət təşkilatında işləyib və məxfi məlumatlara çıxışı olub.
//Samir Qurbanov, Editor.az


