ABŞ THAAD və Patriot raket ehtiyatlarının böyük hissəsini xərcləyib – CNNbackend

ABŞ THAAD və Patriot raket ehtiyatlarının böyük hissəsini xərcləyib – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranla münaqişə zamanı hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan əsas raket ehtiyatlarının böyük hissəsini istifadə edib. Bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu münaqişə ərzində THAAD hava hücumundan müdafiə sistemi üçün nəzərdə tutulan raket-tutucuların təxminən 80 faizini, Patriot zenit-raket kompleksləri üçün isə raket ehtiyatının yarısını sərf edib. Bundan başqa, digər yüksək dəqiqlikli döyüş sursatlarının da əhəmiyyətli hissəsinin istifadə olunduğu bildirilir.

CNN-in məlumatına əsasən, Pentaqonun yüksək rütbəli hərbi rəhbərliyi strateji sursat ehtiyatlarının təhlükəli səviyyədə azalmasından narahatdır. Bildirilir ki, bu vəziyyət ABŞ-ın mümkün yeni hərbi böhranlara operativ reaksiya vermək imkanlarına təsir göstərə bilər. Bununla yanaşı, Pentaqon ehtiyatların kritik həddə çatması ilə bağlı iddiaları qəbul etmədiyini və ABŞ ordusunun döyüş hazırlığının yüksək səviyyədə qaldığını bəyan edib.

//Samir Qurbanov, Editor.az