Magistral kəmərdə qəza Yasamal və Səbail rayonlarının bəzi ərazilərini susuz qoyubbackend

Magistral kəmərdə qəza Yasamal və Səbail rayonlarının bəzi ərazilərini susuz qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün səhər saatlarında “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.

Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub:

“Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.