Türk aktrisa və keçmiş model Tuba Ünsal, qızı Sarenin Parisdəki məşhur “Lycée Molière” incəsənət məktəbinə qəbul olunmasından sonra oğlu Civan Mertlə birlikdə bu şəhərə köçüb.
Editor.az xəbər verir ki, Ünsal İstanbuldan ayrılmaq qərarı ilə yanaşı, sevgilisi Emir Ulusoyla münasibətinə də son qoyduğunu açıqlayıb.
Qızının təhsilindəki bu yeni mərhələ ilə əlaqədar olaraq, Ünsal Mirgün Cabasdan olan oğlu Civan Mertlə birlikdə Parisə köçüb. Ünsal Parisdə övladları ilə yeni bir həyat qurur.
//Dəniz Pənahova, Editor.az

