Üç gün əvvəl dənizdə batan tələbələrin meyitləri tapıldıbackend

Üç gün əvvəl dənizdə batan tələbələrin meyitləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.

Bu barədə Editor.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.