Rusiya gizli müharibəyə başladı: dəhlizə hücum olacaq – Kontr-admiraldan sensasiyabackend

Rusiya gizli müharibəyə başladı: dəhlizə hücum olacaq – Kontr-admiraldan sensasiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ilə müharibə başlayacağı təqdirdə NATO Almaniyanın köməyinə gələcək. Belə bir vəziyyətdə Türkiyə olsaydı, ona dəstək verməzdilər. Çünki Almaniya Amerikanın Avropadakı silah anbarı rolunu oynayır və qoşunları burada yerləşir. Almaniya olmasa, ABŞ Avropada mövcud ola bilməz”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.

O bildirib ki, avqustun 4-dən 5-nə keçən gecə Rusiya sərhədindən təxminən 1100 kilometr aralıda Leypsiq hava limanında karqo təyyarələrinin olduğu yerdə partlayıcı maddə ilə yüklənmiş dron aşkar edilib:

“Almaniya araşdırma apardığını və bunu Rusiyanın etdiyini deyir. Təxminən bir ay sonra, hesabat dərc edildikdə, Rusiyanın Almaniya daxilində hücum əməliyyatı həyata keçirdiyi rəsmi olaraq bildirildi. Rusiya isə bunu qəbul etmədiklərini və bütün dəlillərin sonradan yerləşdirildiyini bildirən bir bəyanat yaydı. Maraqlıdır ki, həmin hava limanında 2024-cü ildə də oxşar hücum baş verib və yenə Rusiya günahlandırılıb. 2025-ci ildə də bu hadisə baş verib. Mediaya sızan məlumatlarda Rusiya üçün işlədiyi ortaya çıxan bəzi Ukrayna vətəndaşlarının bir neçə partlayış və yanğına səbəb olduğu göstərilir. Həmçinin Rusiyanın Almaniyadakı seçkilərə müdaxilə etdiyi deyilir. Bundan əlavə, onlar elektrik qurğularına hücum ediblər. Bunların hamısı iddialardır.

Almaniya bütün bunlara görə Rusiyanın məsuliyyət daşıdığını bildirir. Bəs Rusiya bunu niyə edir? Çünki bu karqo təyyarələri silah və sursatla yüklənib Ukraynaya gedir. Lakin Rusiya bunu rəsmi müharibəyə çevirmək istəmir və buna görə də məsuliyyəti öz üzərinə götürmür”.

Cihat Yaycı qeyd edib ki, Rusiya ən irimiqyaslı hərbi təlimlərini Kalininqradda keçirir:

“Başqa sözlə, Rusiyanın Avropanın düz mərkəzində böyük bir ərazisi mövcuddur. Bu ərazi təxminən İsveçrə böyüklüyündə olub, 15 000 kvadratkilometr sahəni əhatə edir. Təbii ki, hər hansı bir münaqişə baş verəcəyi təqdirdə, Kalininqrad bilavasitə cəbhə xəttində yerləşəcək. Bundan əlavə, Rusiya ilə münaqişə zamanı Polşa-Litva dəhlizi (Suvalki dəhlizi) həlledici əhəmiyyət kəsb edəcək”.

Lakin ekspert belə bir münaqişənin baş verəcəyini düşünmür:

“Bu cür münaqişədə birbaşa cəbhə döyüşləri əvəzinə, qeyri-ənənəvi hücumlar – məsələn, partlayıcı maddələrin atılması, təxribatlar və boru kəmərlərinə, elektrik xətlərinə və sualtı kabellərə hücumlar olur. Məsələn, Almaniya mətbuatı böyük sui-qəsd cəhdlərinin qarşısının alındığı barədə məlumatlar yayıb. Banklara qarşı kiberhücumlar təşkil edilə bilər”.

Kontr-admiral müharibənin yayılmasının Qara dənizə və Türkiyəyə təsiri barədə fikir bildirib:

“Qara dənizdə müharibənin yayılması çox ciddi məsələdir. Bu, dəniz ticarətinin dayandırılması deməkdir ki, bu da ticarətimizə çox ciddi mənfi təsir göstərir. Və bu, həm də Ukrayna və Rusiyanın qanuna məhəl qoymamasının göstəricisidir. Dövlətimizin də görə biləcəyi tədbirlər var. Sonda Türkiyə boğazları bağlaya bilər”.